AZ

Səfir: İrana ilk humanitar yardımı Azərbaycan göndərib

İrana ilk humanitar yardımı Azərbaycan göndərib.

 

Bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə bildirib.

 

“Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - diplomat qeyd edib.

 

O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə martın 10-da Azərbaycandan humanitar yardım göndərilib.

 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə 30 tona yaxın müxtəlif qida məhsulları, 2 tona yaxın dərman və tibbi ləvazimatlar İrana çatdırılıb.

 

Bu gün isə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.

 

Yükün Lənkəran aeroportunda qarşılanması mərasimində Rusiya və İranın Azərbaycandakı səfirləri də iştirak edib.

 

Dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə göndəriləcək.

 

Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.

 

APA

Tarix: 12 Mart 2026, 16:50   
Seçilən
6
6
pravda.az

10Mənbələr