AZ

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların xidməti istifadəsinə verilmişdir

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirilən abadlıq və quruculuq işlərinə töhfə vermək məqsədilə Dövlət Sərhəd Xidmətində müvafiq tədbirlərin icrası davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli “Sərhədçi” yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilmişdir.

Tədbir zamanı bildirilmişdir ki, müasir standartlara cavab verən yaşayış binalarına su və elektrik xətləri çəkilmiş, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, mənzillər mətbəx avadanlığı ilə təchiz olunmuşdur. Binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük çəkilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim etmiş, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olmuş və hərbi qulluqçuların ailə üzvləri ilə görüşmüşdür.Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda hərbi qulluqçular və ailə üzvləri ilə xatirə fotoşəkilləri çəkilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
11
icma.az

10Mənbələr