AZ

İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT

Bakı. Trend:

Yaxın Şərqdə müharibənin başlamasından təxminən iki həftəkeçdiyi bir vaxtda İranda 3,2 milyona yaxın insan məcburi köçkündüşüb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrəAgentliyi məlumat verib.

“İlkin qiymətləndirmələrə əsasən, davam edən münaqişənəticəsində İranda 600,000 - 1,000,000 arasında ailə müvəqqətiolaraq ölkə daxilində köçkün vəziyyətinə düşüb ki, bu da ümumilikdətəxminən 3,2 milyon nəfər edir”, – deyə BMT-nin Qaçqınlar üzrə AliKomissarlığının (UNHCR) fövqəladə dəstək qrupunun rəhbəri və YaxınŞərq üzrə fövqəladə vəziyyətə cavab tədbirlərinin əlaqələndiricisiAyaki İto bildirib.

O bəyanatında əlavə edib ki, döyüş əməliyyatları davam etdikcəbu rəqəmin artacağı ehtimal olunur və bu, humanitar ehtiyaclarınnarahatedici şəkildə artdığını göstərir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb

Məqalədə:
Seçilən
35
1
az.trend.az

2Mənbələr