AZ

İrana ilk humanitar yardımı Azərbaycan göndərib - Səfir

Yazını böyüt
Yazını kiçilt

İrana ilk humanitar yardımı Azərbaycan göndərib.

Hafta.az xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə bildirib.

“Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik”, - diplomat qeyd edib.

Səfir humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə martın 10-da Azərbaycandan humanitar yardım göndərilib.

Seçilən
18
6
hafta.az

10Mənbələr