AZ

Fransa telekanalından Azərbaycana qarşı HƏYASIZLIQ

Qarabağı tərk etmiş separatçılardan biri – vaxtilə qondarma strukturda “ombudsman” olmuş Artak Beqlaryan Fransanın “France 24” telekanalının “Tet-a-tet” proqramına müsahibə verib.

Musavat.com bildirir ki, heç bir vəzifəsi və statusu olmayan birinin Fransa televiziyasına çıxarılıb onun fikirlərinin öyrənilməsinə şərait yaradılması ikrah hissi doğurmaya bilməz. Müsahibəyə gəlincə, axıra qədər çərənləyən Beqlaryan Azərbaycanın ünvanına aşağılayıcı ifadələr işlədib, həbsdə olan erməni hərbi canilərin əfv edilməməsi barədə danışıb. O, həmçinin sayıqlayıb ki, guya Qarabağdan 150 min erməni gedib.

Artak

Beqlaryan sülh mətninin paraflanmasını “nisbətən yaxşı” hesab etsə də, Ermənistan hakimiyyətini xəyanətkar adlandırıb, sənəddə “Dağlıq Qarabağın statusu və xalqının hüquqları və təhlükəsizliyi” ilə bağlı heç bir qeydin olmamasına görə Paşinyan hökumətini tənqid edib. O, beynəlxalq təhlükəsizlik zəmanətləri altında ermənilərin Qarabağa qayıdışına imkanı verilməsindən dəm vurub. Lakin nə böyük qüsur görmə qabiliyyətini itirmiş Beqlaryanın reallıqları görməməsi deyil, “France 24” telekanalının heç bir nüfuzu və statusu olmayan, Ermənistan belə əhəmiyyət kəsb etməyən bir separatçıya efir ayırmasıdır.

Emil Salamoğlu
Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr