AZ

"Barselona" sabiq hücumçusunu geri qaytarmaq istəyir

"Barselona" sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Məlumata görə, Kataloniya klubu "Betis"də çıxış edən 24 yaşlı mərakeşlinin ön xəttin gücünə güc qatacağına inanır.

 Abde cari mövsüm bütün turnirlərdə 28 matça çıxaraq 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən oyunçunun "Betis"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Toğrul

Seçilən
33
fanat.az

1Mənbələr