AZ

Beşinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramına start verildi

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri mentorlar tərəfindən təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən mentorlar və qaliblər arasında bölgü aparılıb və proqramın icrasına başlanılıb.

Müsabiqə qaydalarına əsasən, 20 qalib bir il müddətində mentorluq proqramında iştirak edəcək, ölkənin müxtəlif sahələrini təmsil edən idarəçi rəhbərlərin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək.

Proqram çərçivəsində hər bir qalib üç fərqli idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcək.

Mentorluq Proqramı üzrə bölgü aşağıdakı qaydada həyata keçirilib:

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Qaliblər: Kamran Ələsgərov, Elnur Məmmədli

Ədliyyə naziri Fərid Əhmədov

Qaliblər: Məmməd Balacanov, Ramil Hüseynzadə

Gənclər və idman naziri Fərid Qayıbov

Qaliblər: Məmməd Həsənov, Ramil Hüseynzadə

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Qaliblər: Kamran Sadıxlı, Fərid Hüseynov

Elm və təhsil naziri Emin Əmrullayev

Qaliblər: Kamran Sadıxlı, Toğrul Xəlilov

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev

Qaliblər: Qoşqar Daşdiyev, İrşad Əsgərxanlı

Energetika naziri Pərviz Şahbazov

Qalib: Əli Kərimli

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

Qaliblər: İbrahim Məmmədov, İrşad Əsgərxanlı

Səhiyyə naziri Teymur Musayev

Qalib: Ramil Hüseynzadə

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

Qalib: Əli Kərimli

Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan xüsusi nümayəndəsi Vahid Hacıyev

Qalib: Kamran Ələsgərov

Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev

Qaliblər: Məmməd Balacanov, Fatimə Eyyub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Qalib: Fatimə Eyyub

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov

Qaliblər: İrşad Əsgərxanlı, Fərid Hüseynov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Qalib: Mirqəni Hüseynli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

Qaliblər: İbrahim Məmmədov, Orxan Nağıyev

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Qaliblər: Kamran Sadıxlı, Fərid Mustafayev

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə

Qaliblər: Elnur Mirzəzadə, Elnur Məmmədli

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

Qaliblər: Şəhriyar Həsənverdiyev, Fatimə Eyyub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev

Qaliblər: Qoşqar Daşdiyev, Orxan Nağıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov

Qalib: Qoşqar Daşdiyev

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov

Qalib: Numrəddin Hüseynov

SOCAR-ın prezidenti Rövşən Nəcəf

Qaliblər: Elnur Mirzəzadə, Fərid Mustafayev

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov

Qalib: Toğrul Xəlilov, Şəhriyar Həsənverdiyev

Milli Məclisinin deputatı Şahin Seyidzadə

Qaliblər: Əliağa Ağayev, Numrəddin Hüseynov

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev

Qaliblər: Orxan Nağıyev, Məmməd Həsənov

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

Qaliblər: Şəhriyar Həsənverdiyev, Toğrul Xəlilov

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev

Qaliblər: Kamran Ələsgərov, Numrəddin Hüseynov

“Pasha Holding”in Baş icraçı direktoru Cəlal Qasımov

Qaliblər: Əli Kərimli, Məmməd Balacanov

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Abbas İbrahimov

Qaliblər: Əliağa Ağayev, Fərid Hüseynov

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

Qaliblər: Mirqəni Hüseynli, Əliağa Ağayev

“Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov

Qaliblər: Elnur Mirzəzadə, Fərid Mustafayev

“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov

Qaliblər: Mirqəni Hüseynli, Elnur Məmmədli

“Bank Respublika” ASC-nin İdarə Heyətinin Sədri Tarıyel İsmayilov

Qalib: İbrahim Məmmədov

“Azerconnect Group”un baş direktoru Emil Məsimov

Qalib: Məmməd Həsənov

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
qafqazinfo.az

2Mənbələr