Bakı. Trend:
Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərinhəcmi 2024-cü illə müqayisədə 2025-ci ildə 26% yüksələrək 99.1milyard manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ödəniş kartları vasitəsilə aparılan ölkədaxiliəməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il iləmüqayisədə 3.4 faiz bəndi artaraq 67.6% olub. 2025-ci il ərzindəPOS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i“ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.
Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişlərdənistifadə vərdişlərində artım müşahidə olunur. Belə ki, 2025-ci ildəəməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 54.2%-inağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyatakeçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 ilərzində 9% bəndi artaraq 20%-ə bərabər olub.
2025-ci il ərzində bank müştәrilәrinin cari hesablarından kağızdaşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrinsayı 59.7 mln. әdәd, hәcmi isә 889.3 mlrd. manat tәşkil edib.Aparılan köçürmәlәrin say üzrә 94.4%-i, hәcm üzrә isә 82.5%-i mәhzrәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2025-ci il әrzindәinternet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәriköçürmәlәrinin hәcmi 2024-cü illә müqayisәdә 12.4% artaraq 308.9mlrd. manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәriköçürmәlәrinin hәcmi isə 14.3% artaraq 73 mlrd. manat olub.
Hesab əsaslı ödənişlərdən istifadəyə imkan verən və 7/24rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS)vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə12.5 dəfə, həcmi isə 90.1% artıb. Nağdsız ödənişlərin daha aşağıxərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədiləqanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarınınaparılmasına dair yeni tələblər əlavə edilib, ölkə üzrə vahid AZQRkod standartının tətbiqi tələb kimi müəyyən edilib. AÖS vasitəsilə2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QRödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə,ödənişlərin həcmi isə 7.1 dəfə artıb. Ölkədə vahid AZQR kodstandartının tətbiqi QR kod ödəniş həllinin genişlənməsini təminetməklə, nağdsız ödənişlər üzrə formalaşan bank xərclərininazalmasına imkan verir. Bu isə öz növbəsində milli ödənişinfrastrukturunun imkanlarından effektiv istifadəni təmin edir vəlokal ödəniş həllərinin əhatəliliyinin artmasına şəraityaradır.
2025-ci il ərzində rəqəmsal ödənişlərin inkişafına təkan verənnəqliyyat layihəsi uğurla icra edilib. Bakı şəhərində ictimainəqliyyatda, o cümlədən nağdsız ödəniş sistemi ilə təchiz olunmuşbütün avtobus marşrutlarında və Bakı Metropoliteninin bütünstansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyənbütün bank kartları, eləcə də mobil cihazlar vasitəsilə ödənilməsiimkanı yaradılıb. Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığıaradan qaldıraraq, istifadəçilərə ictimai nəqliyyatda bank kartlarıvə mobil cihazlar ilə sürətli və təhlükəsiz ödəniş imkanı təqdimedir. Layihənin icrası, eyni zamanda, turistlər tərəfindən lokalnəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimainəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etməkimkanını təqdim edib.
Mərkəzi Bank ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusionalvə hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarınınartırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiqdairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuşhədəflərə nail olmaq üçün dövlət qurumları, banklar, fintexlər vəbeynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini davam etdirir.