AZ

Qobustanda olan “Ana Zağa” düşərgəsi qədim insanların varlığına aid tarixi və mədəni izlər daşıyır Video

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qobustan tarixi memarlıq qoruğuna, yəqin ki, yolunuz düşüb. Qayaların arasında gəzdikcə və onların üzərində olan rəsmlərə nəzər yetirdikcə qədim tarix insanın gözü önündə canlanır. Qədim insan, onun düşüncələri, rəqsləri, musiqiləri, qidaları və s. haqqında qayaüstü rəsmlərdə istənilən qədər məlumat yer alır.

Bəzən düşünürsən ki, onlar da düşünüb ki, “bizdən sonra gələnlər bizim haqqımızda məlumatlı olsunlar”. Onlar da varlığının gələcək nəsillərə ötürülməsini istəyib. Qobustanda olan müxtəlif eksponatlar və mağaralar qədim insanın həyata necə tutunduğunu bir daha sübut edir.

Qobustanda olan “Ana Zağa” düşərgəsi

Düşərgə iki hissədən ibarətdir. Arexeoloji qazıntıların nəticələrinə görə, insanlar bu düşərgədən Neolit dövründə və qısa fasilə ilə Üst Paleolitin sonlarından Orta Əsrlərə qədər istifadə ediblər.

Buradan 30 minə qədər maddi mədəniyyət nümunəsi, daş alətlər, 10 mindən çox balıqqulağından hazırlanmış asmalar, oxra qalıqları və digər keramika məhsulları aşkar edilmişdir. Bu da o deməkdir ki, Qobustanda olan “Ana Zağa” düşərgəsi qədim insanın əsas yaşayış məskənlərindən biri olmuşdur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr