ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Novruz bayramının atributlardan biri də ənənəvi bayram personajları olan “Kosa” və “Keçəl” obrazlarıdır.
Son illər paytaxtda Novruzun sevilən personajları “Kosa” və “Keçəl”ə əvvəlki illərlə müqayisədə demək olar ki, daha nadir hallarda rast gəlinir.
Novruz bayramı personajı olmaq üçün müraciət edən varmı? Keçəl, kosa olmaq üçün rüsum nə qədərdir?
Bu barədə “Cebheinfo.az” –a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, tədbir tərtibatçıları bu obrazı canlandıracaq şəxsləri özləri dəvət edir:
“Novruz bayramı ilə bağlı keçirilən tədbirlərə "Kosa" və "Keçəl" obrazlarını canlandırmaq üçün hər hansı rəsmi müraciət olmayıb.
Bu obrazlarda çıxış etmək üçün dövlət tərəfindən müəyyən edilmiş rüsum mövcud deyil. Adətən Novruz bayramı tədbirlərinin təşkilatçıları "Kosa" və "Keçəl" rollarını canlandıracaq şəxsləri özləri dəvət edirlər”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.