AZ

Fernanda Espinosa: Çoxtərəflilik böhranı bu gün yalnız beynəlxalq institutların vəziyyəti ilə bağlı deyil

Çoxtərəflilik böhranı bu gün yalnız beynəlxalq institutların vəziyyəti ilə bağlı deyil, bu ilk növbədə siyasi iradə və liderlik böhranıdır.

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa XIII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bəyan edib.

"Çoxtərəflilik böhranı yalnız institutların böhranı deyil. Mən bunu dəfələrlə eşitmişəm. Bu, həmçinin siyasi iradə və liderlik böhranıdır. Ona görə də məsələ yalnız daha mükəmməl qaydalara ehtiyacımız olmasında deyil. Bizə onları tətbiq etməyə, müdafiə etməyə və real nəticələr əldə etməyə hazır liderlər lazımdır", - Espinosa qeyd edib.

O, həmçinin bildirib ki, müasir çoxqütblü dünya və dərin qarşılıqlı asılılıq şəraitində dövlətlər iqlim dəyişikliyi, borc yükü, bərabərsizlik və texnologiyaların inkişafı kimi sistemli riskləri idarə etməyi öyrənməlidirlər.

Seçilən
94
far.az

1Mənbələr