AZ

Ötən il QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə artıb

BAKI, 12 mart. TELEQRAF

Ötən il Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsi imkanının yaradılması məqsədilə qanunvericilik bazasına QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasına dair yeni tələblər əlavə edilib.

AÖS vasitəsilə 2025-ci ilin ikinci yarımili ərzində həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə, ödənişlərin həcmi isə 7.1 dəfə artıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr