AZ

Paşinyan Vensə Qarabağla bağlı kitab hədiyyə edən direktoru işdən çıxardı


Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Soyqırımı Muzeyinin direktoru Edita Qzoyanın işdən çıxarılması barədə əmr verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, işdən çıxarılma onun ABŞ-nin vitse-prezidenti C. D. Vensə Yerevana səfəri zamanı Qarabağın tarixi haqqında kitab hədiyyə etməsindən qaynaqlanıb.
Ermənistanın baş naziri bu hərəkəti Ermənistanın xarici siyasətinə zidd adlandırıb.
“Ölkənin baş naziri Qarabağ hərəkatının olmadığını bəyan edirsə, xarici qonağa Qarabağ məsələsi ilə bağlı kitab hədiyyə etmək nə deməkdir?” - deyə Nikol Paşinyan brifinqdə bildirib.
Seçilən
25
2
yeniavaz.com

3Mənbələr