İranın yeni lideri Müctəba Xamənei xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısının alındığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei xalq ilk müraciətində bildirib.
İranın yeni lideri həmçinin Hörmüz boğazı ilə bağlı da danışıb:
"Hörmüz boğazının bağlanmasından mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir".
O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-nin hərbi bazaları oralarda bağlanmalıdır:
"ABŞ-nin bazaları bağlanmasa onlara hücumlar davam etdiriləcək".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.