AZ

Ekvadorlu müdafiəçi "Yuventus"un hədəfində

"Brügge"nin müdafiəçisi Xoel Ordones karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Turin nəhəngi Ordonesi yayda heyətinə qatmağa çalışacaq. Belçika klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro tələb edir.

Gənc oyunçu ilə İngiltərənin "Liverpul", "Çelsi" və "Nyukasl" klubları da maraqlanır.

Qeyd edək ki, "Brügge" Xoel Ordonesi 2022-ci ilin yayında "İndependyente"dən transfer edib. Ekvador millisinin üzvü bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
18
1
sportal.az

2Mənbələr