AZ

Xamenei xalqa müraciət etdi İki mühüm MESAJ

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

Globalinfo.az xəbər verir ki, onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

O, “Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” vurğulayıb.

“Şəhidlərin qisasını almaqdan vaz keçməyəcəyik”, – Xamenei deyib.

X X X

İranın yeni Ali rəhbəri Müctəba Xameneinin xalqa ilk müraciəti tezliklə yayımlanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bildirilib ki, müraciətdə ölkə rəhbərliyi, ictimaiyyətin və silahlı qüvvələrin rolu, eləcə də regional ölkələrlə münasibətlər ilə bağlı əsas məqamlara toxunulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr