“Qalatasaray”ın hazırda icarə əsasında İtaliyanın “Udineze” klubunda çıxış edən futbolçusu Nikolo Zanyolo gələcək karyerası ilə bağlı sualları cavablandırıb.

Offsideplus.az xəbər verir ki, “NTV Spor”a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Udinezi”də qalmaq istədiyini deyib.

O qeyd edib ki,“Qalatasaray”da yaxşı günlər keçirib və “Fənərbaxça” ilə derbidə vurduğu iki qol çempionluq yolunda önəmli rol oynayıb. Lakin hazırda əsas istəyini “Udinezi”də qalmaqdır.

Qeyd edək ki, bu mövsüm  “Udineze” forması ilə 26 oyuna çıxan Zaniolo 6 qol vurub və 4 məhsuldar ötürmə edib.