AZ

Yüksək Liqa: Pley-off oyunlarının vaxtı açıqlandı

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin başlayacağı tarix açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.

Qadın komandalar arasında pley-off mərhələsinin oyunları martın 27-də, kişilərin yarışı isə aprelin 6-da start götürəcək.

Bürünc medal uğrunda matçlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.

Qeyd edək ki, pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.

Seçilən
40
fanat.az

1Mənbələr