AZ

Səfir: İrana ilk humanitar yardımı Azərbaycan göndərib

İrana ilk humanitar yardımı Azərbaycan göndərib.

Far.Az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə bildirib.

"Bu ortaq, müştərək mədəniyyətimizdən irəli gəlir ki, dar günlərdə bir-birimizə kömək edirik", - diplomat qeyd edib.

O, humanitar yardıma görə Rusiyaya, eyni zamanda, humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə martın 10-da Azərbaycandan humanitar yardım göndərilib.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə 30 tona yaxın müxtəlif qida məhsulları, 2 tona yaxın dərman və tibbi ləvazimatlar İrana çatdırılıb.

Seçilən
22
6
far.az

10Mənbələr