AZ

İranın Hörmüz boğazından neft daşımağa davam edir

Bakı, 12 mart, AZƏRTAC

Hörmüz boğazından nəqliyatın demək olar ki, dayanmasına və artan təhlükəsizlik risklərinə baxmayaraq, İranın Çinə neft ixracı davam edir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hazırda İran neftinin 80 faizindən çoxunu Çin alır.

Belə ki, Yaxın Şərqdəki gərginlikdən əvvəl Çinin neft emalı zavodları gündəlik təxminən 1,3-1,4 milyon barel İran nefti idxal edirdi. Davam edən münaqişəyə baxmayaraq, İran Hörmüz boğazından böyük həcmdə xam neft daşımağa davam edir. Məlumatlara görə, fevralın 28-dən bəri Hörmüz boğazından ən azı 11-12 milyon barel neft daşınıb. Həmin neft həcmlərinin böyük hissəsi Çinin özəl neft emalı zavodları tərəfindən beynəlxalq qiymətlərlə müqayisədə endirimli qiymətlərlə alınır.

Mütəxəssislərin fikrincə, münaqişə dövründə İranın satışlarının davam etməsi ölkənin xam neft ixracından asılılığını və Çinin İranın əsas enerji tərəfdaşı kimi rolunu göstərir.

Seçilən
30
3
azertag.az

4Mənbələr