İraqın qərbində, Suriya sərhədində yerləşən Ənbar əyalətinin Akkaşat bölgəsində Həşdi Şabi 19-cu briqadasına məxsus qərargah ABŞ-a məxsus olduğu düşünülən döyüş təyyarələri tərəfindən bombardman edilib.
Publika.az xəbər verir ki, yerli mənbələrə görə, hücum nəticəsində 35 Həşdi Şabi üzvü öldürülüb və 90-dan çoxu yaralanıb.
Qərargahın tamamilə dağıldığı və dağıntılar altında qalanlar səbəbindən ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar olduğu bildirilib.
Eyni zamanda, Kərkükdəki Həşdi Şabi 15-ci briqadasına məxsus mövqe də hava zərbəsi ilə hədəfə alınıb. Hücumlar nəticəsində briqadanın üzvləri Əhməd İzzettin, Məhəmməd Necat Əli, Yılmaz Seyfəddin və İyad Əli Hıdır öldürülüb.