AZ

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

2025-ci ildə Azərbaycanda debet və kredit kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 99.1 milyard manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 26% artıb.

Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü il ilə müqayisədə 3.4 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 67.6% olub.

Bundan əlavə, hesabat dövründə “ApplePay” və “GooglePay” vasitəsilə aparılan ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%, həcmi isə 66% artıb. Dövr ərzində istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Seçilən
18
3
apa.az

4Mənbələr