İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi xalqa müraciəti zamanı şəxsi ailə faciəsi ilə bağlı sensasiyalı məlumatları paylaşıb.
Musavat.com xəbər verir ki, Xameneyi ABŞ və İsrailin İranın daxilində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həyat yoldaşının və bacısının həlak olduğunu rəsmən təsdiqləyib.
O, bu itkini "şəhidlik zirvəsi" adlandıraraq, düşməndən alınacaq qisasın həm də şəxsi xarakter daşıdığına işarə edib.
Liderin çıxışındakı digər diqqətçəkən məqam isə onun hakimiyyətə gəlişi ilə bağlı olub; Müctəba Xameneyi etiraf edib ki, Ali Rəhbər vəzifəsinə seçildiyini ilk dəfə rəsmi dövlət televiziyasından yayımlanan xəbərlər vasitəsilə öyrənib.
Bu bəyanat Ekspertlər Şurasının qərar qəbul etdiyi anda ölkədəki rabitə və koordinasiya sistemlərində ciddi boşluqların və ya xarici kiberhücumların yaratdığı xaosun göstəricisi kimi qiymətləndirilir.
Ailə üzvlərinin itkisi fonunda Xameneyi bir daha bəyan edib ki, müharibənin davam etdiyi hər gün ABŞ və İsrail üçün daha ağır bədəllərlə nəticələnəcək və bu "qanlı cinayətlər" cavabsız qalmayacaq.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta