AZ

Nigeriyalı futbolçuların “Qarabağ”a gəliş tarixi müəyyənləşib

İki nigeriyalı futbolçunun “Qarabağ” Futbol Akademiyasına baxışa gələcəyi vaxt müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə akademiyanın baş koordinatoru Aftandil Hacıyev AZƏRTAC-a bildirib.

Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro mart ayının 20-ə kimi Bakıda olacaqlar: “Hansısa problem yaranmayacağı təqdirdə onlar bayrama qədər artıq ölkədə olacaqlar. Amma əks təqdirdə həmin futbolçuların gəlişi ən geci martın sonuna təsadüf edəcək”.

Xatırladaq ki, oyunçular A. Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf edilib.

İdman.Biz
Seçilən
21
2
idman.biz

3Mənbələr