AZ

"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?

style='margin-bottom:10px;'>

“Real”ın “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub etdiyi Çempionlar Liqası matçında Canluici Donnarummanın hakimə etirazı diqqət çəkib.

QOL.az xəbər verir ki, “Tuttosport”un məlumatına görə, italiyalı qapıçı Vinisius Juniora qarşı etdiyi qayda pozuntusu fonunda təyin olunan penaltiyə görə baş hakim Mauritsio Marianini sərt tənqid edib.

Bildirilir ki, Donnarumma həmin epizodda hakimə “Niyə özünü vacib şəxs kimi aparırsan?” deyib və buna görə sarı vərəqə alıb. O, Vinisiusun penalti zərbəsini dəf etsə də, bu, “Mançester Siti”ni 0:3 hesablı məğlubiyyətdən xilas etməyib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-də keçiriləcək.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr