AZ

İranın yeni Ali Rəhbərindən Hörmüz boğazı və qonşu ölkələrlə bağlı ilk MESAJ

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

Heftelik.az  xəbər verir ki, İranın yeni Ali Rəhbərinin  müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

Müctəba Xamenei “Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” bəyan edib.

İranın Ali Rəhbəri Körfəz ölkələrinə ABŞ hərbi bazalarını mümkün qədər tez bağlamağı da tövsiyə edib: “Son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəf aldıq”.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xameneni həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin hərbi bazaları mümkün qədər tez bağlasınlar.

Seçilən
107
heftelik.az

1Mənbələr