AZ

Qardaşına bəraət almaq istədi, 15000 manatı getdi

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Cinayət məsuliyyətinə cəlb olunan qardaşına bəraət almaq istəyən şəxs dələduzluqla üzləşib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, F.Səfərovun qardaşı D.Səfərov həbs edilib. 

F.Səfərov qardaşının bəraət alması üçün yollar aramağa başlayıb. Bu zaman dayısı oğlu ona tanışlarından birinin bu məsələni həll edə biləcəyini deyib. Onlar Allahqulu adlı şəxslə görüşüblər. Həmin şəxs F.Səfərova qardaşına bəraət alacağını bildirib. Bunun müqabilində isə ondan 15 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəfin şikayətindən sonra Allahqulu saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib. 

Məhkəmənin hökmü ilə Allahquluya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
qaynarinfo.az

1Mənbələr