AZ

Binəli Yıldırım: Azərbaycana qarşı edilən paylaşımların heç bir dəyəri yoxdur

BAKI, 12 mart. TELEQRAF

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım son günlər Türkiyə sosial media platformalarında Azərbaycana qarşı səslənən fikirlərə münasibət bildirib.

O, bu barədə Teleqraf-a açıqlamasında danışıb:

“Son günlər Azərbaycanla Türkiyənin arasını açmağa çalışan müəyyən şər qüvvələr var.Azərbaycanlı qardaşlarımız qətiyyən tərəddüd etməsinlər. Türkiyə ilə Azərbaycan qardaşdır. İki dövlət, bir millət olaraq həm çətin, həm də sevincli günlərdə hər zaman birlikdəyik. Biz bir-birimizin dəstəkçisiyik. Bu səbəbdən sosial media platformalarında əleyhimizə aparılan paylaşımların heç bir dəyəri yoxdur”, – Binəli Yıldırım qeyd edib.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr