AZ

"Legion Financial"ın səhmlərinə 3 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin 600 min manatlıq faizli, sənədsiz, adlı səhmlərin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd səhmdən gedir.

Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlara 3 investor 220 manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutmayıb. Bununla belə, şirkətin nizamnamə kapitalı 5,6 % artaraq 3,91 milyon manatdan 4,13 milyon manata çatıb.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri kapital artımına qədər Turan İsmayılova (39,6 %), Ramin Süleymanlıya (31,2 % ), Rövşən Sultanova (10,2 %), Böyükağa Məmmədova (14,1 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,9 %) məxsus olub T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

Seçilən
27
far.az

1Mənbələr