AZ

Misirin sabiq xarici işlər naziri: Qlobal Bakı Forumu çox vacib bir tədbirdir

Bakı, 12 mart, AZƏRTAC

Qlobal Bakı Forumu çox vacib bir tədbirdir. İştirakçıların səviyyəsinə və müxtəlifliyinə baxdıqda, bu Forumun beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin müzakirəsi üçün mühüm bir platforma olduğu görünür.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində XIII Qlobal Bakı Forumunun iştirakçısı, Misir Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri və sabiq xarici işlər naziri Sameh Şükri deyib.

O bildirib ki, bu məsələlər təhlükəsizlik, inkişaf, iqlim dəyişikliyi və digər mövzularla bağlıdır. “Əminəm ki, iştirakçıların müzakirələri bu gün dünyanın üzləşdiyi bir çox böhranların həllinə çox konkret təsir göstərə bilər. Hesab edirəm ki, fikir mübadiləsi aparmaq, narahatlıq doğuran məsələləri müzakirə etmək və bəzi münaqişələrin, bəzi təhlükəsizlik çağırışlarının, eləcə də müasir dövrdə mövcud qlobal çağırışların həlli üçün ən yaxşı yolu müzakirə etmək imkanı olacaq”, - deyə Sameh Şükri vurğulayıb.

Seçilən
38
azertag.az

1Mənbələr