İranın yeni ali rəhbəri Müctəba Xameneyi audio mesajında Hörmüz boğazı ilə bağlı müzakirələrə son qoyub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o bildirib ki, Hörmüz boğazı düşmənə təzyiq göstərmək üçün bir vasitədir:
"Hörmüz boğazı bağlı qalacaq. Bunu təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə etməliyik. Hörmüz boğazı düşmənə təzyiq göstərmək üçün bir vasitədir".
O sözlərinə belə davam edib: "Keçmiş ali liderimiz Xaneneyi Quran oxuyarkən öldürüldü. Hər halda, düşməndən təzminat tələb edəcəyik.
Əgər onlar imtina etsələr, biz onların aktivlərini uyğun hesab etdiyimiz dərəcədə müsadirə edəcəyik; əgər bu mümkün deyilsə, onların əmlakının ekvivalent hissəsini məhv edəcəyik. Bölgədəki bütün ABŞ bazalarına hücumlar davam etməlidir. Şəhidlərimiz, xüsusən də Minab şəhidləri üçün qisas almağı heç vaxt dayandırmayacağıq.
Əgər həmin (ABŞ) bazalarından istifadə davam edərsə, biz də (Körfəz ölkələrinə) eyni şəkildə cavab verməyə davam edəcəyik. Düşmənin zəif olduğu digər cəbhələri açmaq üçün lazımi hazırlıqlar görülüb".
Könül
Musavat.com