Bakı. Trend:
Hamını arxayın edirəm ki, İran öz itkilərinin qisasını almaqdanimtina etməyəcək.
Trend-inməlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İranvətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, bu qisas sadəcə İranın Ali Lideri deyil,öldürülən bütün İran vətəndaşları üçün olacaq.
İranın Ali Lideri qeyd edib ki, qısa müddət ərzində bu qisasınbir hissəsi reallaşıb. Qisas tam şəkildə reallaşmasa cinayət işləriyığılacaq və uşaqlar, körpələrlə bağlı olanlara xüsusi diqqətyetiriləcək.
Xamenei İran Ali Lideri, həyat yoldaşı, bacısı və digər ailəüzvlərinin ölümü ilə əlaqədar başsağlığı verib.
“Mümkün olduğu qədər zərərçəkənlərə yardımlar ediləcək. Məsulşəxslər bu istiqamətdə addımlar atmalı və mənə məlumatverməlidirlər”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.