AZ

İran hər halda qarşı tərəfdən kompensasiya alacaq – Ali Lider

Bakı. Trend:

İran hər halda qarşı tərəfdən kompensasiya alacaq.

Trend-inməlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İranvətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, qarşı tərəf imtina edərsə, müəyyən edilənölçüdə qarşı tərəfin əmlakından götürüləcək.

Xamenei bildirib ki, əgər bu mümkün olmazsa, həmin ölçüdə qarşıtərəfin əmlakı məhv ediləcək.

Ali Lider əlavə edib ki, hər bir cinayət, xüsusilə də Minabməktəbi və baş verən oxşar hallarla əlaqədar araşdırmaaparılacaq.

“İranı müdafiə edən Silahlı Qüvvələrə səmimi şəkildə təşəkküredirəm. Silahlı qüvvələr ABŞ və İsrailin yolunu bağlayıb və onlarınİranı bölmək və yaxud ələ keçirməsinə imkan verməyib”, - deyə oqeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Seçilən
103
2
az.trend.az

3Mənbələr