AZ

Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub, 2 dənizçi yaralanıb

USS Gerald R. Ford” gəmisində baş verən yanğın nəticəsində iki ABŞ dənizçisi yaralanıb.

APA xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, döyüşlə əlaqəli olmayan yanğın nəticəsində iki dənizçi xəsarət alıb, onlara tibbi yardım göstərilir.

Yanğın ABŞ-ın Qırmızı dənizdə yerləşən və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən USS Gerald R. Fordaviadaşıyıcısında baş verib.

Qeyd edilib ki, gəminin mühərrik qurğusu zədələnməyib, təyyarədaşıyan gəmi tam işlək vəziyyətdədir.

Seçilən
33
2
apa.az

3Mənbələr