ABŞ Prezidenti Donald Tramp İranın futbol üzrə yığması komandasının bu il ABŞ-da keçiriləcək dünya kubokuna qatıla biləcəyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.
Bununla belə Tramp qeyd edib ki, o, İran futbolçularının "öz həyatları və təhlükəsizliyi üçün orda olmalarının uyğun olduğuna inanmır”.