AZ

Ukrayna Milli Bankı dolların məzənnəsi üçün tarixi rekordu yeniləyib

Kiyev, 12 mart, AZƏRTAC

Ukrayna Milli Bankı dollar məzənnəsi üçün tarixi rekordu yeniləyib.

AZƏRTAC Milli Banka istinadən xəbər verir ki, martın 13-ə ABŞ dolları rəsmi olaraq 44 qrivnanı keçəcək.

Milli Bank sabah üçün rəsmi dollar məzənnəsini 44,16 qrivna olaraq müəyyən edib. Bu, Ukrayna üçün yeni rekorddur. Avro da bahalaşaraq 50,95 qrivnaya çatıb.

Artım enerji resurslarına tələbat ilə ixracatçıların fəallığı arasındakı tarazlıqdan irəli gəlir. Rekordlara baxmayaraq, bazarda vəziyyət idarəolunan və kəskin sıçrayışlar olmadan davam edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
39
2
azertag.az

3Mənbələr