AZ

Elvina Əliyeva ölkə birincisi adını qazandı

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.Metbuat.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.

Qeyd edək ki, BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülmüşdü.

Seçilən
90
7
metbuat.az

8Mənbələr