AZ

Azərbaycan derbisi də düyünə düşüb, kubok oyunları da qərar anı yetişib, PFL!

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bilindiyi kimi, Misli premyer-liqasının 21-ci turunda keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin “Nyukasl”la matçına görə təxirə salınmışdı. Azərbaycan derbisinin nə vaxt keçiriləcəyini öyrənmək üçün müraciət etdiyimiz PFL-in Media və Marketinq direktoru “Football-plus.az”a açıqlamasında yeni tarixin müəyyənləşdirilməsi üçün ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının keçirilməsini gözlədiklərini demişdi.Bu matçlar geridə qalıb. “Şamaxı”nı mübarizədən kənarlaşdıran “Qarabağ” yarımçfinala vəsiqə qazanıb. Həmin görüşdən artıq bir həftə keçsə də, hələ yeni tarix bəlli olmayıb. Düzdü, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransında “sabah oynayın desələr, oynayacağıq” sözlərini dedi. Lakin “Qarabağ”ın qrafiki yetərincə sıxdı. “Köhlən atlar” apreldə onsuz da 29-cu tur çərçivəsində “Neftçi” ilə qarşılaşmalıdı. Həmçinin komanda gələn ay “Sabah”la üç dəfə üz-üzə gələcək. Belədə təxirə salınan Azərbaycan derbisinin mayda olacağını proqnozlaşdıra bilərik. Lakin yenə də yeni tarixin açıqlanmaması maraq doğurur.Öz aramızdı, hələ kubokda yarımfinal matçlarının tarixi də bilinmir. Bunların səbəbini öyrənmək məqsədilə növbəti dəfə Sənan bəyə müraciət etsək də, məlumat ala bilmədik. PFL rəsmisi qısaca hələ tarixlərin bəlli olmadığını dedi...KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr