AZ

Dövlət Komitəsinin əməkdaşları ABŞ-də azərbaycanlı tələbə və gənclərlə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsininABŞ-də səfərdə olan əməkdaşları Corc Vaşinqton və Corc MeysonUniversitetlərində fəaliyyət göstərən Azərbaycanlı TələbəTəşkilatlarının rəhbərləri ilə görüşüb.

Trend xəbərverir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri SəlhətAbbasova gənclərə komitənin uzunmüddətli layihələri,soydaşlarımızla qurulan möhkəm əlaqələr barədə məlumat verib,müasir dövrdə miqrasiya prosesləri, diasporun məskunlaşma arealı vəinkişaf tendensiyaları haqqında danışıb.

Bildirilib ki, komitənin gənclərlə bağlı layihələri, xüsusiləDiaspor Gənclərinin Yay Düşərgələri, ixtisaslaşmış forumlar,“Diaspor Gəncləri 1+1” proqramı xaricdəki azərbaycanlı, eynizamanda ölkəmizə dost münasibəti bəsləyən xalqların gənclərinivahid platformalarda birləşdirir və böyük maraqla qarşılanır.

Görüşdə komitənin xaricdə yaşayan gənclərin təşəbbüslərinə daimaçıq olduğu, ABŞ-dəki soydaşlarımızın yaratdığı 10-dan artıqgənclər və tələbə təşkilatı ilə sıx əməkdaşlıq etdiyi diqqətəçatdırılıb.

Tələbələr komitə əməkdaşlarına təhsilləri, təhsil ocaqlarınınictimai həyatında iştirakları, eləcə də diaspor mühitindəkitəcrübələri barədə ətraflı məlumat veriblər.

Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı, Corc VaşinqtonUniversitetinin Tələbə Assosiasiyasının rəhbəri Humay Sadiqdüşərgənin ona geniş coğrafiyanı təmsil edən gənclərimizlə tanışolmaq, fikir mübadiləsi aparmaq, əlaqələr qurmaq imkanı verdiyinidilə gətirib.

Corc Meyson Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatınınrəhbəri İlyas Vəliyev isə Amerika-Azərbaycan Gənclərinin IIForumunda iştirakından, ABŞ-nin müxtəlif ştat vəuniversitetlərindən olan, böyük təhsil nailiyyətləri qazanangənclərimizlə tanış olmasından danışıb. Gənc soydaşımız forumsayəsində qazandığı əlaqələrin onun üçün diaspor fəaliyyətində yeniimkanlar yaratdığını və dəyərli təcrübə olduğunu bildirib.

Tədbirdə, həmçinin Amerika Azərbaycan Təşkilatları Alyansınınicraçı direktoru Nigar İbrahimova, ABŞ-də səfərdə olan KanadaAzərbaycan Evinin rəhbəri Lalin Həsənova diaspor fəaliyyətindəqazandıqları zəngin təcrübəni gənc liderlərlə bölüşüblər.

Fikir mübadiləsi zamanı azərbaycanlı tələbə və gənclərin təsisetdikləri təşkilatların təkcə ABŞ-də deyil, digər bir sıra xariciölkələrdə təhsil alan gənc soydaşlarımız arasında da informasiyamübadiləsinin gücləndirilməsinə töhfələr verdiyi bildirilib.Bununla yanaşı, tələbə-gənclər təşkilatlarının ölkəmizin zəngintarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin, multikulturalənənələrinin beynəlxalq mühitdə tanıdılması üçün müxtəlifxarakterli maarifləndirmə tədbirləri həyata keçirdikləri təqdirolunub.

Görüş müasir rəqəmsallaşma dövrünün çağırış və təşəbbüsləri,yeni nəsil diasporun inkişaf perspektivləri barədə fikirmübadiləsinin aparılması ilə yekunlaşıb.

Dövlət
Dövlət
Dövlət
Seçilən
56
4
az.trend.az

5Mənbələr