AZ

Türkiyə kubokunda 1/4 finalın püşkü atıldı

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Qeyd edək ki, ötən həftəiçi qrup mərhələsinə yekun vuruldu və yoluna davam edən 8 kollektivin adına aydınlıq gəldi.

"Football-plus.az" xəbər verir ki, püşkdən öncə hər kəsi bir sual maraqlandırırdı: ''Fənərbaxça'' ilə ''Qalatasaray'' bir birinə rəqib olacaqmı. ''Fənər'' qrupunu ikinci pillədə tamamladığından əzəli rəqiblərin qarşılaşmaq ehtimalı var idi. Amma bu ehtimal doğulmadı. Püşkün nəticəsi ilə sizi tanış edirik.

Beşiktaş - Alanyaspor
Konyaspor - Fənərbaxça
Qalatasaray - Gənclərbirliyi
Samsunspor - Trabzonspor


1/4 finalda qalib bir oyunla müəyyənləşəcək. Oyunlar adı birinci qeyd olunan komandaların meydanında keçiriləcək. Yarımfinalda ''Qalatasaray'' - ''Gənclərbirliyi'' cütünün qalibi ''Samsunspor'' - ''Trabzonspor'' ilə, ''Beşiktaş'' - ''Alanyaspor'' cütünün qalibi isə ''Konyaspor'' - ''Fənərbaxça'' cütünün qalibi ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri daha sonra federasiya tərəfindən açıqlanacaq.

''Qalatasaray'' ilə ''Samsunspor''un avrokuboklarda irəliləyib-irəliləməməsi də oyunların tarixlərinə təsir edəcək.

Seçilən
108
football-plus.az

1Mənbələr