AZ

Qlobal temperaturun artacağı gözlənilir

Yaxın aylarda Sakit okeanın şərq hissəsindəki dəniz sularının normaldan daha çox isinməsi nəticəsində yaranan təbii iqlim hadisəsi - El Ninyo hava hadisəsinin formalaşacağı və bunun qlobal temperaturun artmasına səbəb ola biləcəyi proqnozlaşdırılır. ABŞ-nin son rəsmi proqnozuna görə, iyun–avqust ayları arasında El Ninyonun yaranma ehtimalı 62 faizdir.

QHT.az xarici mediaya istinadən bildirir ki, El Ninyo passat küləkləri zəiflədikdə yaranır və nəticədə Sakit okeanın şərq hissəsindəki isti sular Amerika qitəsinə doğru hərəkət edir. Bu proses qlobal temperaturun yüksəlməsinə səbəb olur.

Güclü El Ninyo baş verərsə, 2026-cı ildə temperatur bir qədər arta bilər, əsas təsir isə 2027-ci ildə hiss oluna bilər və həmin il ən isti illərdən birinə çevrilə bilər.

Mütəxəssislərin sözlərinə görə, El Ninyo təbii iqlim hadisəsi olsa da, qlobal istiləşmənin əsas səbəbi insanların fəaliyyəti nəticəsində yaranan istixana qazlarıdır. Bununla yanaşı, El Ninyo dünyanın müxtəlif bölgələrində hava şəraitinə də təsir edir, bəzi ərazilərdə güclü yağışlara, digərlərində isə quraqlıq və meşə yanğınlarının artmasına səbəb ola bilər.

Fatimə Nəbiyeva

Seçilən
89
qht.az

1Mənbələr