AZ

UEFA Çelsi nin futbolçusuna qarşı intizam işi açıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ ilə səfər oyununda (5:2) topdaşıyan oğlanı itələdiyi üçün "Çelsi"nin portuqaliyalı hücumçusu Pedru Netuya qarşı intizam işi açıb.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti öz rəsmi saytında məlumat yayıb.

"Çelsi"nin oyunçusu Pedru Netuya qarşı qeyri-idman davranışı və UEFA-nın intizam reqlamentini pozduğu üçün intizam icraatı başladılıb. İntizam orqanları bu iş üzrə müvafiq qaydada qərar qəbul edəcəklər", - deyə məlumatda bildirilir.

UEFA-nın intizam reqlamentinə əsasən, oyunçu bir oyunluq diskvalifikasiya edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
2
oxu.az

3Mənbələr