Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ucarın mərkəzi hissələrindən olan Oğuz küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək, kanalizasiya xəttinin bərbad vəziyyətdə olduğunu və bunun nəticəsində həyətyanı sahələrə su dolduğunu bildiriblər.
Ucarın mərkəzində "Oğuz gölü" - Kanalizasiya suları həyətlərə dolur: "Şikayətimizə baxan yoxdur"
Sakinlər həmçinin küçədə gecə işıqlanmasının olmamasından ciddi şəkildə əziyyət çəkdiklərini vurğulayıblar.
Vətəndaşların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də problemlər həll olunmur.
"Təcili yardım küçəyə girə bilmir. İşıq dirəklərinin hamısı çürüyür. Təhlükəli vəziyyətdir", "46 yaşım var, gözümü burada açmışam. Oğuz eli var idi, bu da "Oğuz gölü"dür", "Camaat kosmosa uçur, biz isə hələ də lampa ilə yol gedirik", -deyə sakinlər narazılıqlarını bildiriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.