AZ

Mbappe yaşıl meydanlara qayıdır

Bakı. Trend:

"Real" Çempionlar Liqasının 1/4 finalına doğru "Mançester Siti"üzərində inamlı qələbə qazanıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ciddi itkilərlə mübarizə aparanMadrid təmsilçisi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlubedib.

Zədə səbəbindən son matçları buraxan Kilian Mbappeninİngiltərədə keçiriləcək cavab qarşılaşmasında iştirak etməkşansının olduğu bildirilir. Fransalı hücumçu ilə yanaşı,müdafiəçilər Alvaro Karreras və David Alabanın da həlledici oyunaqədər yaşıl meydanlara qayıtması gözlənilir. Lakin yarımmüdafiəçiCud Bellinqemin gələn həftə "şəhərlilər"ə qarşı oynamayacağıdəqiqləşib. Ferlan Mendinin vəziyyəti isə aparılacaq əlavəmüayinələrdən sonra bəlli olacaq.

Qeyd edək ki, "Mançester Siti" və "Real" arasındakı cavabqarşılaşması martın 17-də keçiriləcək.

Məqalədə:
Seçilən
57
az.trend.az

1Mənbələr