AZ

"TotalEnergies" Qatarda, İraqda və BƏƏ şelfində hasilatı dayandırıb

"TotalEnergies" Qatarda, İraqda və BƏƏ şelfində hasilatı dayandırıb

Fransanın "TotalEnergies" şirkəti Qatarda, İraqda və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şelfində hasilatı dayandırdığını elan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin bu qərarı regionda hərbi gərginliyin artması və enerji infrastrukturuna hücum təhlükəsi fonunda qəbul edilib.

Qeyd edək ki, martın əvvəlindən etibarən "QatarEnergy" şirkəti də hərbi hücumlar səbəbindən Ras Laffan və Mesaieed sənaye şəhərlərində mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların hasilatını dayandırıb. "TotalEnergies"in bu addımı dünya bazarında enerji tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Analitiklərin fikrincə, Yaxın Şərqdəki beş ən böyük neft hasilatçısı tərəfindən elan edilən ixtisarlar nəticəsində martın sonunadək qlobal təklif gündəlik 8 milyon barel azala bilər.

Eyni zamanda, şirkət Liviyadakı fəaliyyətini davam etdirir. Martın 12-də verilən rəsmi məlumata görə, "TotalEnergies" 2015-ci ildən bəri fəaliyyəti dayandırılmış Liviya daxilindəki "Mabruk" yatağında hasilatı yenidən bərpa edib. Lakin Fars körfəzi regionunda davam edən qeyri-sabitlik şirkətin buradakı əsas layihələrini dondurmasına səbəb olub.

Seçilən
87
afn.az

1Mənbələr