AZ

Millinin sabiq üzvünə klubda vəzifə verildi

style='margin-bottom:10px;'>

İspaniya millisinin sabiq hücumçusu David Vilya Madrid “Atletiko”suna qayıdıb.

QOL.az xəbər verir ki, klubun məlumatına görə, o, direktorlar şurasının üzvü təyin edilib.

Vilya yeni təyinatı ilə bağlı hisslərini bölüşərək "Atletiko"nu hər mövsüm daha da gücləndirmək arzusu ilə kluba qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, karyerası ərzində “Valensiya”, “Barselona” və “Atletiko”da çıxış edən sabiq forvard İspaniya millisində keçirdiyi 98 oyunda 59 qol vurub. David Vilya “Atletiko”nun heyətində İspaniya La Liqasının qalibi olub.
 

Seçilən
42
1
teleqraf.com

2Mənbələr