AZ

Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb

Rusiyanın Azərbaycan ərazisindən keçməklə İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən qonşu ölkəyə yola salınıb.

Qaziler.az trend-ə istinadən xəbər verir ki, yük maşınları artıq sərhəddən keçiblər.

xxx
15:23

Rusiya İrana humanitar yardım göndərib.

Qaziler.az trend-ə istinadən xəbər verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.

Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Seçilən
45
13
qaziler.az

10Mənbələr