
Iran bəzi ölkələrin gəmilərinə Hörmüz boğazından keçməyə icazə verib. Bu barədə İran xarici işlər nazirinin müavini Majid Takht-Ravanchi Agence France-Presse (AFP) agentliyinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, hazırda ABŞ və İsraillə müharibə fonunda boğaz faktiki olaraq qapalı qalır. Bununla belə, bəzi dövlətlər boğazdan keçidlə bağlı İranla danışıqlar aparıb və bu məsələdə müəyyən əməkdaşlıq həyata keçirilib.
Takht-Ravanchi vurğulayıb ki, İranın mövqeyinə görə, ölkəyə qarşı aqressiyaya qoşulan dövlətlər təhlükəsiz şəkildə Hörmüz boğazından keçid kimi imtiyazlardan yararlanmamalıdır.
O, həmçinin İranın boğazda mina yerləşdirməsi ilə bağlı yayılan məlumatları təkzib edib və bildirib ki, Tehran belə addım atmır.
Nazir müavini əlavə edib ki, İran gələcəkdə ölkəyə qarşı yeni müharibənin başlanmayacağına əmin olmaq istəyir. Onun sözlərinə görə, ötən ilin iyununda müharibə başlayandan 12 gün sonra atəşkəs elan olunsa da, səkkiz-doqquz ay sonra qarşı tərəf yenidən qüvvələrini toplayaraq hərbi əməliyyatları bərpa edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta