Oxu24.com mühüm vəzifə tutan şəxslər barədə maraqlı faktları təqdim etməkdə davam edir.
Bu dəfə bəhs edəcəyimiz şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə bağlıdır.
Oxu24.com-un məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevir şəhərinin ilk sakinlərindən və qurucularından hesab olunan Şahvələd İsmayıl oğlu Quliyevin gəlinidir.
Məlumata əsasən, Şahvələd Quliyev 1912-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub.
O, sonradan Mingəçevir şəhərinə köçərək burada müxtəlif məsul vəzifələrdə çalışıb və şəhərin formalaşması, inkişafı prosesində fəal iştirak edib. Bu səbəbdən o, Mingəçevirin ilk sakinlərindən və qurucularından biri kimi xatırlanır.
Şahvələd Quliyev 1991-ci ildə vəfat edib və Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn olunub.
DOĞRU.AZ