AZ

İsrail onları da ZƏRƏRSİZLƏŞDİRDİ

İsrail ordusu Livanda İrana bağlı “İmam Hüseyn” diviziyasının komandirlərini zərərsizləşdirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri ötən gecə həyata keçirdiyi hava zərbəsi nəticəsində İranın “İmam Hüseyn” bölməsinin komandiri Əli Müslim Tabacə və digər yüksək rütbəli komandirləri məhv edib.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Tabacə İsrailə qarşı əməliyyatlara cavabdeh əsas komandirlərdən biri hesab olunurdu. O, həm “İmam Hüseyn” bölməsində, həm də “Hizbullah” strukturunda mühüm rol oynayıb.

Bildirilib ki, Tabacə uzun illər hər iki təşkilatda müxtəlif hərbi vəzifələrdə çalışıb və bir müddət “İmam Hüseyn” bölməsinin komandir müavini vəzifəsini də icra edib.

Eyni hava zərbəsi nəticəsində bölmənin komandir müavini Cihad əl-Səfir, pilotsuz sistemlər üzrə zabit Saqer əl-Handas və digər yüksək vəzifəli komandirlərin də zərərsizləşdirildiyi qeyd olunub.

Sara
NOCOMMENT.az

Seçilən
76
nocomment.az

1Mənbələr